www.nice.az > Xəbərlər > Qəbələdə möhtəşəm idman kompleksi tikilir [Foto]
Qəbələdə möhtəşəm idman kompleksi tikilir [Foto]6 oktyabr 2011. Müəllif: Naxcione |
"Qəbələ" futbol klubu üçün müasir idman kompleksinin inşası layihəsi çərçivəsində işlər davam edir. O, Qəbələ rayonunda "Qəbələ" futbol akademiyasının 4000 azarkeş tutumlu stadionunun inşasına başlanıldığını bildirib. "Layihəyə əsasən, idman kompleksinə ən azı 8 stadion daxil olacaq. Orada ümumi idman zalı, mehmanxana, hovuz, konfrans zalı, istirahət zonası və sair də olacaq. Tikintisi nəzərdə tutulmuş stadionların ən böyüyü 15-17 min azarkeş tutumuna malik olacaq. Kompleksdə çimərlik futbolu üçün meydançanın inaşası da nəzərdə tutulub", - deyə A.Hacıyev bildirib. Hazırda kompleksin tam hazır olacağı vaxtı deməyin çətin olduğunu vurğulayan mətbuat xidmətinin rəhbəri tikinti işlərinin yüksək səviyyədə aparıldığını söyləyib: ""Qəbələ" futbol klubunun idman kompleksi beynəlxalq standartlara cavab verəcək və görənləri möhtəşəmliyilə heyrətləndirəcək". |