www.nice.az > Xəbərlər > Qurban bayramının vaxtı açıqlandı
Qurban bayramının vaxtı açıqlandı5 oktyabr 2011. Müəllif: Naxcione |
Azərbaycandan bu il baş tutacaq Həcc ziyarətinin marşrutu dəyişdirilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Sabir Həsənli bildirib. Onun sözlərinə görə, Suriyada yaşanan hadisələrlə bağlı bu il Həcc ziyarətinə yollanacaq avtobuslar Suriyadan keçməyəcək, İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcək. Sabir Həsənli qeyd edib ki, bu il Qurban bayramı noyabrın 6-da qeyd olunacaq, Həcc karvanları oktyabr ayının 25-26-dan yola düşəcəklər. “Hər il olduğu kimi, bu il də 2 min nəfərin yola düşməsi gözlənilir. Onlardan 1300 nəfərə yaxını 40-41 ədəd avtobusla yola düşəcəkâ€, - QMİ rəsmisi deyib. Sabir Həsənlinin sözlərinə görə, digər qaydalara dəyişiklik olunmayacaq. |