www.nice.az > Xəbərlər > Necati Şaşmaz "Kurtlar Vadisi"nin bitəcəyi vaxtı açıqladı

Necati Şaşmaz "Kurtlar Vadisi"nin bitəcəyi vaxtı açıqladı


2 oktyabr 2011. Müəllif: Naxcione
Necati Şaşmaz "Kurtlar Vadisi"nin bitəcəyi vaxtı açıqladı


Artıq 8 ildir ekranların fenomeninə çevrilən “Kurtlar Vadisi” serialında Polat Alemdar rolunu canlandıran Necati Şaşmaz serialın bitəcəyi vaxtı açıqlayıb. Milli.Az xəbər portalının məlumatına görə, aktyor “Hürriyet” qəzetinin serialla bağlı suallarını cavablandırıb. Necati Şaşmaz bildirib ki, “Kurtlar Vadisi” bu mövsüm başa çatacaq. “Amma “son” kəlməsini heç tələffüz etmək istəmirəm. Çünki həm ssenaristlər, həm fanatlarımız, həm də bizlər “Kurtlar Vadisi”nin bitməsini istəmirik. Bununla belə, təbii ki, hər şeyin sonu olmalıdır”.

Necati Şaşmaz onu da deyib ki, böyük məmnuniyyətlə komediya filmlərinə çəkilə bilər: “Bir neçə ssenari yazmışam. Onların arasında komediya da var. Çox gözəl oynayaram komediyada. Amma əvvəlcə “Kurtlar Vadisi” bitməlidir”.