www.nice.az > Xəbərlər > Manyak ər

Manyak ər


12 sentyabr 2011. Müəllif: fidaska
Manyak ər

Manyak ər arvadının bədənini kəsik-kəsik edib, cürbəcür işgəncəyə məruz qoyub
Bərdə rayonunda uzun müddət bir ailənin daxilində davam edən zorakılığın üstü açılıb.
Ekspertiza nəticəsində qadının bədənində onlarla müxtəlif dərəcəli xəsarət aşkarlanıb. G.Vəliyevanın çiyin, baldır, kürək, həmçinin bədəninin digər nahiyələrində çoxlu qançır və əzik izləri tapılıb. Bundan başqa, onun bədənində kəsici alətlə yetirilmiş xəsarətlər müəyyən edilib. Polisə şikayətində ərinin sərxoş halda ona uzun müddət işgəncələr verdiyini deyən qadın, həmçinin psixiki zorakılığa da məruz qaldığını deyib. Lakin qadın psixiki işgəncələr barədə ətraflı danışmaq istəmədiyini də qeyd edib.
Məlumatda bildirilir ki, həyat yoldaşına bu dünyanı cəhənnəm edən R.Vəliyev əvvəllər məhkumluq həyatı ilə yaşayıb. Daha öncə Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə həbsdə olmuş bu şəxs barəsində bu dəfə 133.1-ci (işgəncə) maddəsi ilə iş başlanılıb. R.Vəliyev barəsində ilkin olaraq 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Vəliyevlər ailəsinin iki övladı var. Faktla əlaqədar araşdırmalar davam etdirilir
.