www.nice.az > Xəbərlər > Günay Musayeva və yeni Əri

Günay Musayeva və yeni Əri


3 sentyabr 2011. Müəllif: LeGaCy
Günay Musayeva və yeni Əri

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva və məşhur aktyor Tolqa Karel bir neçə gün öncə - təyin olunan toy vaxtından tez ailə həyatı qurublar.

Lent.az-a danışan model deyib ki, nikahın gözlənildiyindən də tez olması Tolqanın istəyi ilə olub: “Baxmayaraq ki, hamı ani qərardan xəbərsiz idi, 41 operator və jurnalist ora yığışmışdı. Çox xoşbəxtəm, düzgün qərar verdiyimdən əminəm”.

Tolqa Karel isə açıqlamasında Günaya bir anda aşiq olduğunu və onunla gördüyü anda evlənmək fikrinə düşdüyünü deyib.

Qeyd edək ki, Türkiyə mətbuatında bu, Günayın ikinci evliliyi kimi qiymətləndirilib. Günay Musayeva belə xəbərin yayılmasına müğənni Elnur Məmmədov ilə jurnalın üz qabığında çıxan fotoları səbəb kimi göstərib: “Hamı çox gözəl bilir ki, biz Elnurla dostuq, bacı-qardaşıq. Bu mənim ilk evliliyimdir və arzuma çatmışam”.