www.nice.az > Xəbərlər > Beyonce hamiləliyi ilə Twitter-də rekord qırıb
Beyonce hamiləliyi ilə Twitter-də rekord qırıb2 sentyabr 2011. Müəllif: vusaal |
MTV musiqi gecəsindəki çıxışından sonra hamiləliyini bildirən Beyonce Twitter-də rekord qırıb. 29 yaşlı müğənninin hamiləlik xəbərinin ardınca Tvitter-də saniyədə 8 min 868 mesaj atılıb. Bundan əvvəlki rekord qadınların dünya çempionatı finalında Yaponiyanın ABŞ-ı məğlub etməsindən sonra 7 min 200 mesajla olub. Yaponiyadakı zəlzələ, şahzadə Uilyamın evlənməsi, Usama Bin Ladenin öldürülməsi də şəbəkədə hərəkətlilik yaratmışdı. 150 milyondan çox istifadəçisi olan Twitter-də gün ərzində 200 milyon tvit yazılır və bir dəqiqə ərzində 320 yeni istifadəçi üzv olur. |