www.nice.az > Xəbərlər > Aygün Kazımova 70 min avroya klip çəkdirəcək

Aygün Kazımova 70 min avroya klip çəkdirəcək


31 avqust 2011. Müəllif: vusaal
Aygün Kazımova 70 min avroya klip çəkdirəcək

Hazırda Türkiyənin istirahət mərkəzlərindən biri Bodrumda istirahət edən xalq artisti Aygün Kazımova yaradıcılıq planları da qurur.

Gələn həftə Bakıya qayıdacaq müğənni yeni klipinin çəkilişinə başlamaq qərarına gəlib. Müğənninin prodüseri Ülvi Hadıyevin verdiyi məlumata görə, musiqisi Sevinc Tağıyevaya məxsus olan “Düşün məni” adlı mahnıya klipi Türkiyədən gələn 22 nəfərlik peşəkar heyət lentə alacaq. Avqustun sonunda Bakıya gələcək heyət bütün avadanlıqları Türkiyədən gətirəcək.

Klip 5 müxtəlif kamera ilə fərqli məkanlarda çəkiləcək. Çəkilişlər 4 gün fasiləsiz davam edəcək və təqdimatı-tanıdılması Türkiyədə aparılacaq. Bu iş üçün ümumilikdə 70 min avro xərclənəcək. Klip Aygün Kazımovanın istəyi və arzusu ilə Azərbaycanın tanıtımı mövzusunda olacaq.