www.nice.az > Xəbərlər > “Ferrari” qiymətinə qoyun

“Ferrari” qiymətinə qoyun


22 avqust 2011. Müəllif: vusaal
“Ferrari” qiymətinə qoyun

Bir qoyuna 150 min dollar verən çoban bu pulu gələcəkdə çıxaracağını deyib.Şotlandiyada yaşayan irlandiyalı təsərrüfatçı Den Taynan sahib olduğu bir qoyunu 153 360 dollara satıb. Myfyr Evans adlı şəxsin aldığı qoyunun “Suffolk” cinsindən xüsusi bir qoyun olduğu bildirilir. Təsərrüfatında olan digər qoyunlarla cütləşdirmək üçün bu qoyunu aldığını deyən Evans xərclədiyi pulu gələcəkdə artıqlaması ilə çıxaracağını bildirib. Təsərrüfatçının hesablamasına görə, həyatı boyu 100 döl verən “Suffolk” qoyunu ona 1 milyon 420 min dollar pul qazandıracaq.