www.nice.az > Xəbərlər > "Eurovision∓2012" mahnı müsabiqəsi

"Eurovision∓2012" mahnı müsabiqəsi


21 avqust 2011. Müəllif: Naxcione
"Eurovision∓2012" mahnı müsabiqəsi


Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision∓2012” mahnı müsabiqəsində iştirak etmək istəyən ölkələrin təsdiqlənməsi davam edir. “Azadinform” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, artıq San-Marino və İtaliya da ölkəmizdə keçiriləcək “Eurovision∓2012” mahnı yarışmasında iştirak etmək üçün təsdiqlənən ölkələr arasında 24-cü və 25-ci sıraları tutublar.

Qeyd edək ki, bu vaxta qədər təsdiqlənən ölkələrin sayı Azərbaycan da daxil olmaqla, Türkiyə, Almaniya, Avstriya, Belçika, Belarus, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, İsveç, İsveçrə, İsrail, İtaliya, Kipr, Gürcüstan, Macarıstan, Niderland, Norveç, Xorvatiya, Rumıniya, San-Marino, Slovakiya və Sloveniya olmaqla 25-ə çatıb.