www.nice.az > Xəbərlər > Azərbaycanın tarixi kəndinə giriş pullu olacaq

Azərbaycanın tarixi kəndinə giriş pullu olacaq


21 avqust 2011. Müəllif: Naxcione
Azərbaycanın tarixi kəndinə giriş pullu olacaq

Bundan sonra Qubanın Xınalıq kəndinə giriş pullu olacaq. Xınalıq tarix-memarliq və etnoqrafiya qoruğundan ANS-ə verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyində qoruğun inkişaf proqramına əsasən yerli və xarici turistlərin Xınalığa girişinin ödənişli olmasına aid qərar verilib.


Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən, 160 tarixi evi və 2100 nəfər sakini olan bu unikal dağ kəndində artıq qədim görünüşü saxlamaq şərti ilə təmir bərpa işləri aparılır. Xınalığa girişin neçəyə olacağı və yeni qaydanın nə vaxtdan tətbiq olunacağına gəldikdə qoruqdan qiymətin cüzi olacağı və prosesin gələn ildən həyata keçirilməsinin planlaşdırıldığı bildirilib.