www.nice.az > Xəbərlər > Facebook Dağıdılacaq?

Facebook Dağıdılacaq?


21 avqust 2011. Müəllif: LeGaCy
Facebook Dağıdılacaq?

“Anonymous” haker qrupu “Facebook” sosial şəbəkəsinə hazırlanan hücumla bağlı məlumat yayıb. “YouTube” saytında müxtəlif dillərdə (ingilis, alman, ispan və s.) yerləşdirilən videoçarxlarda bildirilir ki, “Facebook”un hak edilməsi əməliyyatı bu il noybarın 5-nə planlaşdırılıb.

Rusiya mətbuatının istinadən verdiyi xəbərə görə, hakerlər bütün dünyadakı tərəfdarlarına müraciət edərək, “Facebook”u dağıtmağa çağırırlar.

Onlar bu addımlarını belə izah edirlər: “”Facebook” dövlət sturkturlarına məlumat satır və təhlükəsizlik xidmətlərinə şəxsi məlumatları ötürür. Onun vasitəsilə dünyanın istənilən yerində yaşayan şəxsləri izləmək mümkündür”.

Xakerlər əlavə ediblər ki, servis ödənişsiz ola bilməz, əgər onlar istifadəçilərdən pul almırlarsa, deməli, onların məxfi məlumatları hesabına qazanırlar. Onlar xatırladırlar ki, “Facebook” hesab tənzimləməsindən asılı olmayaraq, istənilən dəyişikliyi yaddaşda saxlayır. Hesabı silmək isə praktik olaraq mümkün deyil və şəxsi məlumatlar istənilən an bərpa oluna bilər: “Özəl tənzimləmələr də illüziyadan başqa bir şey deyil. “Facebook” sizin barənizdə ailənizdən daha çox bilir”.

Xatırladaq ki, aksiyanın təyin olunduğu gün ∓ noyabrın 5-i Böyük Britaniyada “Qay Foks” gecəsi bayram edilir, o, XVII əsrdə London parlamentinin binasını partladıb. Terrorçu barədə “V “Vendetta” deməkdir” adlı film çəkilib və filmdə qəhrəman maskada təqdim olunur. Bu maskanın təsviri də “Anonymous”un simvluna çevrilib.


Bəs siz necə dağıdılmasını istəyirsiz?