www.nice.az > Xəbərlər > 12 yaşda lütləndi, 15 yaşda ana olacaq [Photos]
12 yaşda lütləndi, 15 yaşda ana olacaq [Photos]20 avqust 2011. Müəllif: Naxcione |
![]() İngiltərənin Şimali Yorkşir qraflığındakı Tornabi şəhərində yaşayan 48 yaşlı qadın anaların üz qarası sayıla bilər. Cenis Kiveninin qızı Soya 12 yaşında olanda açıq-saçıq fotosessiyaya çəkilib, 15 yaşında isə hamilə qalıb. ![]() "Bəli, Soya oğlanlarla öpüşürdü. Hə, nə olsun?! Məncə, hər şey normaldır", - Cenis danışır. Daha sonra isə ana qızının məşhurlaşmasını istədi. Cenisin fikrincə, məşhurluğa aparan ən qısa yol, təbii ki, model biznesidir. ![]() Gələcək "podium kraliçası" sərt pəhriz saxlayır, məşq edirdi. Başabəla ana isə qızının qətiyyətindən həzz alırdı. Soya 12 yaşına çatanda krujevalı alt paltarı, bikini, topik və ultraqısa ətəkli donda fotosessiyalara çəkildi. ![]() Daha sonra o, fotolarını "Facebook" sosial şəbəkəsindəki səhifəsində yerləşdirdi və pərəstişkarlarını gözləməyə başladı. Nəticə isə tam tərsinə oldu. Sinirlənmiş yuzerlər "top-model"i əxlaqsızlıqda suçladılar. Bir sözlə, Soya top-model ola bilmədi və "əyləncə"lərə baş vurdu. 15 yaşında isə o, özündən 2 yaş böyük "sevgili"sindən hamilə qaldı. Və ana Cenis bunu da sevinclə qarşıladı. Axı ailə böyüyəcək, yeni mənzil almaq şansı artacaqdı. "Üçotaqlı evimiz darısqaldır. Baxın, Soyadan başqa, iki qızım və oğlumla bir yerdə yaşayırıq. Axı hələ nəvəm də gələsidir", - Cenis Kiveni deyib. ![]() Soyanın özü də ana olacağı günü səbirsizliklə gözləyir: "Rəfiqələrimin heç birinin uşağı yoxdur. Təbii ki, bunun nə olduğunu birinci hiss etmək maraqlıdır". Cenis Kiveni "sərt ana" olduğunu, yanvarda nəvəsi doğulana qədər qızı və "kürəkən"inin bir yerdə yaşamasına icazə verməyəcəyini deyir. Xahiş olunur rəylərinizdə təhqirə yol verməyin. |