www.nice.az > Xəbərlər > XİN azərbaycanlıları "Google"a etiraz etməyə çağırdı
XİN azərbaycanlıları "Google"a etiraz etməyə çağırdı20 avqust 2011. Müəllif: LeGaCy |
![]() в«Googleв» şirkətinin xəritələr bölməsində Azərbaycanın işğal edilmiş ərazilərindəki coğrafi adlar saxtalaşdırılaraq, erməni dilində verilib. Belə ki, Kəlbəcər rayonu в«Karvaçarв», Xankəndi в«Stepanakertв», Şuşa isə в«Şuşiв» kimi təqdim olunub. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı в«Googleв» şirkətinə müraciət etdiyini bəyan edir və ictimaiyyəti fəal olmağa çağırır. XİN mətbuat xidmətinin əməkdaşı Elman Abdullayev nazirliyin bu məsələni daima diqqətdə saxladığını deyib: в«Aidiyyəti səfirliklərimizə müvafiq təlimatlar göndərilib. Öz adımızdan Azərbaycan Respublikasının vətəndaşlarını, xaricdə yaşayan azərbaycanlıları, media nümayəndələrini bu işdə daha fəal olmağa çağırırıq. Qoy onlar öz etirazlarını в«Googleв»a bildirsinlərв». P.S. Hərdən fikirləşirəm ki,nə qədər qüdrətli bir xalqa cevrilsək də hələ də bəzi korlar bizim bu uğurlarımızı görmür və ya görmək istəmir.Bizim isə hər cür imkanımızı var.İstər maddi istərsə mənəvi. Bir tək səsimiz yoxdu !!! Bir az yumurtadan , süddən filandan içib səsimizi sazlasaq və birləşib Koroğlu kimi nərə çəksək inanıram kı, İnternet aləmində Google əvəzinə Azərbaycan yazılar!!! |