www.nice.az > Xəbərlər > Eldar Qasımovdan yeni xəbər

Eldar Qasımovdan yeni xəbər


20 avqust 2011. Müəllif: LeGaCy
Eldar Qasımovdan yeni xəbər


Azərbaycana “Eurovision 2011” müsabiqəsində qalibiyyət gətirən Eldar Qasımov “Qorxma, mən səninləyəm” filminin ikinci hissəsində baş rollardan birini ifa edəcəkdir.

AzərTac xəbər verir ki, bu sözləri “Exo Moskvı” radiostansiyasının “Difiramb” verilişinin qonağı olan Azərbaycanın Rusiyadakı səfiri, Xalq Artisti Polad Bülbüloğlu demişdir.

Verilişdə yaradıcılıq, planları barədə danışan və dinləyicilərin suallarını cavablandıran P.Bülbüloğlu “Qorxma, mən səninləyəm” filminin davamı haqında da məlumat vermişdir. Bildirmişdir ki, 1981-ci ildə Yuli Qusmanın quruluş verdiyi filmdə çəkilmiş Polad Bülbüloğlu, Muxtarbəy Kantemirov və Lev Durov illər sonra yenidən bir araya gələcəklər. Baş rollardan birini isə Azərbaycanın “Eurovision 2011” təmsilçisi Eldar Qasımov oynayacaqdır. Bəstəkar özü isə film üçün mahnı bəstələyəcəkdir.

Polad Bülbüloğlu onu da qeyd etmişdir ki, artıq Yuli Qusman Bakıdadır. Avqustun 23-də filmin çəkilişlərinə start veriləcəkdir.