www.nice.az > Xəbərlər > Google 11 milyon saytı sildi!
Google 11 milyon saytı sildi!15 avqust 2011. Müəllif: Naxcione |
![]() Milyardlarla məlumat saxlayan, internetdə axtarış sistemi deyiləndə ağla gələn ilk ad olan Google co.cc sonluqlu web saytlarını axtarış qeydlərindən sildi. Google-ın bu qeydləri silməsinin səbəbi olaraq bu sonluqda olan saytların çoxunun spam məzmunlu olması və 11 milyondan çox bu sonluğa malik saytın Google-da əhəmiyyətsiz yer tutması göstərilir. Co.cc http:/co.cc ünvanında olan Koreyalı bir şirkət tərəfindən müstəqil bir şəkildə ortaya çıxarılmış olan 'freehost' şəklində bir domain-dir. Google-ın internet anti-spam komandasında olan Matt Cutts aşağı keyfiyyətdə və istənməyən mesajlarla dolu bir freehost gördükləri təqdirdə bu qeydləri siləcəklərinə vurğulamışdır. Bəhsi keçən domain-in sahibi olan firma blogunda bir bildiriş nəşr edərək istifadəçiləri qorumaq üçün boşuna istifadə edilən domain-ləri sildiklərini və domainlərdə virus axtarışları etdiklərini ifadə etdi. 11.383.736 ədəd saytın qeydiyyatda olduğu bu freehost-da təxminən 6 milyon istifadəçi mövcuddur. Bu rəqəmlər də bu freehost-u dünyanın ən böyük domain sonluqlarından biri edir. Çünki. Org və. Uk kimi 2 milyondan çox saytın qeydiyyatda olduğu sonluqlardan belə məşhurdur. Bir sayt səlahiyyətlisi açıqlama verərək bir nömrəli axtarış sisteminin mövqeyini doğru olduğunu ifadə etmiş və viruslu saytlara qarşı görülən bu tədbirin digər axtarış sistemləri tərəfindən də edilməsinin lazım olduğunu vurğulamışdır. |