www.nice.az > Xəbərlər > 14 qat dünya çempionu əkiz uşaq atası oldu

14 qat dünya çempionu əkiz uşaq atası oldu


14 avqust 2011. Müəllif: vusaal
14 qat dünya çempionu əkiz uşaq atası oldu

Yerli şou-biznesin tanınmış simaları olan Röya, Ədalət Şükürov, Samira və Rəhim Rəhimlinin ən yaxın dostu, 14 qat dünya çempionu Eduard Məmmədovun əkiz övladı dünyaya gəlib. Bu barədə Milli.Az xəbər portalına Rəhim Rəhimli məlumat verib. Onun sözlərinə görə, biri qız, digəri oğlan olan əkizlər dünyaya göz açıblar. Hazırda dostunun yanında olan Rəhimin sözlərinə görə, Eduardın sevincinin həddi-hüdudu yoxdur: "Gəldim, dostumun sevincini bölüşəm".

Qeyd edək ki, kikboksinq üzrə 14 qat dünya çempionu olan Eduard Məmmədov adıçəkilən müğənnilərlə dostluğu ilə yanaşı, onların həm də müəllimidir. Müğənnilərin formada qalmasına məhz Edurd nəzarət edir.