www.nice.az > Xəbərlər > “Kurtlar Vadisi Fələstin” məhkəməyə verildi

“Kurtlar Vadisi Fələstin” məhkəməyə verildi


13 avqust 2011. Müəllif: saki_18
“Kurtlar Vadisi Fələstin” məhkəməyə verildi

“Kurtlar Vadisi Fələstin” filminin dekorasiya işlərini görən Səlahəddin Orxan 50 000 lirə (22 225 manat) təzminnat tələbilə “Pana Film” şirkətini məhkəməyə verib. Məlumata görə, filmin Adana şəhərindəki çəkilişlərində daxili və xarici məkanlara aid dekorasiyaları hazırlayan Orxan şirkətlə şifahi razılaşdığı 80 000 lirəni (35 608 manat) ala bilməyib. Apardığı səylər və “Pana Film”lə tanışlığına vasitəçi olanlarla görüşlər nəticəsində 30 000 min lirə (13 353 manat) alan Səlahəddin Orxan qalan 50 000 lirə üçün məhkəməyə müraciət edib