www.nice.az > Xəbərlər > Nüşabə Ələsgərli yol polisini təhqir etdi !

Nüşabə Ələsgərli yol polisini təhqir etdi !


10 avqust 2011. Müəllif: Naxcione
Nüşabə Ələsgərli yol polisini təhqir etdi !

Tanınmış müğənni Nüşabə Ələsgərli ilə yol polisi arasında qalmaqal baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata əsasən yol polisi müğənninin əyləşdiyi avtomobili saxladığı üçün o, yol polisini təhqir edib, söyüş söyüb. Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovla əlaqə saxladıq. Qurum rəsmisi açıqlamasında faktı təsdiqləyib.

V.Əsədovun sözlərinə görə, bu gün “Mercedes-CL”markalı 10 LZ 101 dövlət nömrə nişanlı avtomobil Bakıxanov küçəsindən Ceyhun Hacıbəyli küçəsinə sola dönmə əməliyyatı apararkən işıqforun qırmızı işığından keçib. Buna görə, avtomobil yol patrul müfəttişi tərəfindən saxlanılıb. "Sürücü heç bir sənəd təqdim etməyib. Avtomobilin salonunda olan müğənni Nüşabə Ələsgərli yol polisinə qarşı kobudluq edib, onları təhqir edib. Sürücü isə sürücülük vəsiqəsini təqdim etmədiyinə və yol polisinə tabe olmadığına görə, hadisə yerinə kömək üçün əlavə polis qüvvəsi çağırıb”.

DYPnin şöbə rəisi açıqlamasında əlavə polis nəfərlərinin hadisə yerinə gəldiyini görən Nüşabə Ələsgərlinin sakitləşdiyini və avtomobili tərk etdiyini qeyd edib. Sürücü də sənədlərini gətirmək adı ilə maşını hadisə yerində qoyub qaçıb.

Qeyd edək ki, qanunvericiliyin tələbinə uyğun sənədləşdirmə işi aparılır. Faktla bağlı araşdırmaya başlanılıb.