www.nice.az > Xəbərlər > Çap olunmuş kağızı təmizləyən Reverse printer qurğusu

Çap olunmuş kağızı təmizləyən Reverse printer qurğusu


10 avqust 2011. Müəllif: Naxcione
Çap olunmuş kağızı təmizləyən Reverse printer qurğusu

Adətən printer bu və ya digər informasiyanı kağız üzərinə hərf,
rəqəm və ya təsvir formasında çıxarmaq məqsədilə istifadə olunur.
Bu qurğu həm ofis, həm də mənzillərdə rəqəmli informasiyanı çap etmək üçün
fəal şəkildə tətbiq olunur. Və çap olunmuş kağızlar artıq lazımsız olduqda isə tullantıya çevrilir.

Amma koreyalı dizayner Kim Su Yeon bu məsələdən orijinal çıxış yolu taparaq Reverse Printerini işləyib hazırlayıb.

Bu hələlik bir konsept olsa da, onun tezliklə gerçəkliyə çevriləcəyi istisna deyil.

Belə bir printerə, sözsüz, böyük tələb var. Bu faydalı qurğu qaralama rolunu oynayan lazımsız kağızlardan nəinki qurtulmağa, həmçinin kağıza xeyli qənaət etməyə imkan verəcək.
Çap olunmuş kağızı təmizləyən Reverse printer qurğusu

Reverse Printerinin İşləmə Prinsipi

Adi printerdən fərqli olaraq, bu konseptual qurğu kağız üzərindəki
informasiyanı pozur. Beləliklə də, üzərində yazı olan istənilən kağız təmiz vərəqə çevrilir.

Çox güman ki, müəllif bu qurğuda hansısa innovativ lazer texnologiyası tətbiq
edəcək. Amma dizayner hələlik bu barədə heç bir açıqlama vermir.

Hər halda, bu konseptin gerçəkləşməsi çoxlarını sevindirəcək.