www.nice.az > Xəbərlər > Eldar Qasımov “Qorxma, mən səninləyəm”

Eldar Qasımov “Qorxma, mən səninləyəm”


8 avqust 2011. Müəllif: Ice
Eldar Qasımov “Qorxma, mən səninləyəm”


Azərbaycana “Eurovision-2011” müsabiqəsində qalibiyyət gətirən Eldar Qasımov “Qorxma, mən səninləyəm” filminin ikinci hissəsində baş rollardan birini ifa edəcək.

Bu sözləri “Exo Moskvı” radiostansiyasının “Difiramb” verilişinin qonağı olan Azərbaycanın Rusiyadakı səfiri, Xalq Artisti Polad Bülbüloğlu deyib. Verilişdə yaradıcılıq, planları barədə danışan və dinləyicilərin suallarını cavablandıran Polad Bülbüloğlu “Qorxma, mən səninləyəm” filminin davamı haqında da məlumat verib. Bildirib ki, 1981-ci ildə Yuli Qusmanın quruluş verdiyi filmdə çəkilən Polad Bülbüloğlu, Muxtarbəy Kantemirov və Lev Durov illər sonra yenidən bir araya gələcək. Baş rollardan birini isə Azərbaycanın “Eurovision-2011” təmsilçisi Eldar Qasımov oynayacaq. Bəstəkar özü isə film üçün mahnı bəstələyəcək. Polad Bülbüloğlu onu da qeyd edib ki, artıq Yuli Qusman Bakıdadır. Avqustun 23-də filmin çəkilişlərinə start veriləcək.