www.nice.az > Xəbərlər > Somalidən daha bir acı həqiqət
Somalidən daha bir acı həqiqət7 avqust 2011. Müəllif: Naxcione |
ABŞ-ın humanitar yardım rəsmisi Nansi Lindborq verdiyi açıqlamada, aclığa görə Somalinin cənubunda son 90 gündə 5 yaşdan kiçik 29 mindən çox uşağın öldüyünü bildirib. Qeyd edək ki, BMT dünən, Somalidə daha 3 bölgəni ''aclıq bölgəsi'' olaraq təyin etmişdi. Ölkədə 3.7 milyon insanın aclıqdan əziyyət çəkdiyi bildirilir. BMT-nin hesabatına əsasən Somalidəki uşaqların 30 %-nə kəskin qidasızlıq diaqnozu qoyulub.Bakul və Şabelle rayonlarında vəziyyət xüsusilə acınacaqlıdır. Qeyd edək ki, hazırda Somali ilə yanaşı Cibuti, Efiopiya və Uqandada da aclıq müşahidə edilir. |