www.nice.az > Xəbərlər > Üsamə bin Laden ABŞ əhalisinə müraciət edib.

Üsamə bin Laden ABŞ əhalisinə müraciət edib.


16 sentyabr 2009. Müəllif: krik
Üsamə bin Laden ABŞ əhalisinə müraciət edib.

“ƏL-Qaida” beynəlxalq terror şəbəkəsinin lideri Üsamə bin Laden ABŞ əhalisinə müraciət edib. AFP-nin verdiyi məlumata görə, Ladenin audio müraciəti “Əl-Qaida”nın nəzarətində olan “Əs-Sabah” telekanalının efirində səslənib. Müraciətin məzmunu hələlik bəlli deyil.
Üsamə bin Ladenin müraciəti 11 sentyabr olayının il dönümündən bir neçə gün sonraya təsadüf edib. Sonuncu dəfə onun fikirləri iyunun 3-də yayılmışdı. Laden ABŞ prezidenti Barak Obamanın müsəlman dünyası ilə dostluq əlaqələri yaratmaq fikrini lağa qoyaraq Qərblə Şərq arasındakı münaqişənin onillərlə davam edəcəyini söyləmişdi.