www.nice.az > Xəbərlər > MÜNTƏZƏR ƏL-ZEYDİ AZADLIĞA BURAXILIB
MÜNTƏZƏR ƏL-ZEYDİ AZADLIĞA BURAXILIB15 sentyabr 2009. Müəllif: krik |
![]() Xatırladaq ki, Müntəzər əl-Zeydi ABŞ prezidenti Corc Buş və İraqın baş naziri Nuri əl-Malikinin birgə mətbuat konfransı zamanı ayağa qalxaraq “Bu, iraqlıların hədiyyəsidir, sənə vida öpüşüdür köpək!†deyə qışqırıb və ayaqqabılarını Buşa doğru atıb. Ayaqqabılar Buşa dəyməyib və jurnalist həbs edilib. 2009-cu il martın 12-də o, 3 il həbsə məhkum edilib. Aprel ayında apellyasiya məhkəməsi cəzanı 1 ilə salıb. Jurnalist həbsxanada özünü yaxşı apardığına görə avqustda cəza 9 aya endirilib. 9 aylıq həbs cəzası başa çatan jurnalist bu gün buraxılıb. Müntəzər əl-Zeydi həbsxananın qarşısında jurnalist ordusu tərəfindən qarşılanıb. |