www.nice.az > Xəbərlər > “Bugattiâ€nin eyibləri açılır
“Bugattiâ€nin eyibləri açılır14 iyul 2011. Müəllif: saki_18 |
![]() Mühəndis Rik Tamba “Bugatti Veyron†üçün 2 diskli sürət qutusunu hazırlayanlardan biri olub və onun dedikləri şübhə doğurmur. Tambanın dediyinə görə, onlar 1001 at gücü mühərrikli avtomobilin sürət qutusunu hazırlayarkən belə bir halla qarşılaşırlar: Əgər bu gücün 95%-i təkərlərə ötürülərsə (bu yalnız nəzəri olaraq mümkündür, praktikada bunu əldə etmək olmur ∓ müəllif) qalan 5% enerji transmissiyanın qızmasına sərf ediləcək. Bununla da 300 km/saatdan yuxarı hərəkət edən avtomobilin transmissiyasında yağ qaynayacaq və “istilik şoku†baş verəcək. Bu məsələni “Bugattiâ€ni layihələndirən “Volkswagen†mühəndislərinə danışdıqda isə cavab belə olur: Narahat olmağa dəyməz, avtomobil 350 km/saat sürətlə gedərkən 1 saata 500 litr yanacaq sərf edir. Tambanın dediyinə görə, mühəndislər bundan sonra yanacaq çəninin həcmini kiçildib, boğazlığı isə tam daraldıblar. Nəticədə isə yanacaq çənini doldurmaq üçün (təxminən 100 litr) ən azı 7 dəqiqə lazım gəlir (növbəyə dayanmaq, stansiyaya girmək və s nəzərə alınmadan). Beləliklə də, fasilə zamanı detallar soyuyaraq normal vəziyyətə gəlir. Bu qədər yanacaq avtomobili maksimal sürətlə (407 km/saat) cəmi 11 dəqiqə sürməyə imkan verir. |