www.nice.az > Xəbərlər > Eurovision - 2012

Eurovision - 2012


1 iyul 2011. Müəllif: Ice
Eurovision - 2012

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012”-də iştirakçı ölkələrin sayı yanvarın ortalarına kimi məlum olacaq. Hər il olduğu kimi, bu il də göstərilən tarixə qədər ölkələr iştirakları barədə Avropa Yayım Birliyinə məlumat verməlidir. İndiyədək 10-dan artıq ölkə növbəti ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan 57-ci “Eurovision” müsabiqəsində iştirak edəcəyi ilə bağlı ilkin istəyini açıqlayıb. Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, İsveç, Macarıstan, Niderland və Slovakiya həmin ölkələr sırasındadır. Azərbaycanın “Eurovision-2012” təmsilçisinin seçilməsi prosesinə isə bu ilin sentyabrından başlanılması nəzərdə tutulub. Seçimlərin hansı formada aparılacağı hələ dəqiq müəyyənləşdirilməyib. Azərbaycan təmsilçisinin yanvarın sonlarında məlum olacağı güman edilir.