www.nice.az > Xəbərlər > NASA: “Yerin yaxınlığından 18 metrlik asteroid keçəcəkâ€
NASA: “Yerin yaxınlığından 18 metrlik asteroid keçəcəkâ€26 iyun 2011. Müəllif: Ice |
![]() 2011-MD asteroidi Yerin yaxınlığından keçəcək. Asteroidin uzunluğu 8 metrdən 18 metrə qədərdir. Agentliyin mütəxəssisləri bildirir ki, asteroid iyunun 27-də Qrinviç vaxtı ilə saat 13.26 dəqiqədə Yerdən 0,00012 astronomik vahid, yəni təqribən 18 min kilometr məsafədən keçəcək. Bu, geostasionar peyklərin orbitinin hündürlüyündən (təxminən 36 min kilometr) 2 dəfə azdır. Asteroidin Yer ilə maksimum yaxınlaşması anında onun trayektoriyası Cənubi Atlantika və Antraktida sahilləri üzərindən keçəcək. Alimlər bildirir ki, asteroidin Yer ilə toqquşması istisna olunur, lakin peyklərin və ya kosmik zibilin iştirakı ilə “yol-nəqliyyat hadisəsi†ehtimalı sıfıra bərabər deyil. Bundan əlavə, Yerin qravitasiya qüvvəsi 2011-MD asteroidinin orbitini xeyli dəyişə bilər. |