www.nice.az > Xəbərlər > Futbolçular virusa Bolqarıstanda yoluxublar

Futbolçular virusa Bolqarıstanda yoluxublar


6 sentyabr 2009. Müəllif: NuRIK
Futbolçular virusa Bolqarıstanda yoluxublar

Futbolçular virusa Bolqarıstanda yoluxublar


Keçiörənspor futbol klubu indi bütün Türkiyənin diqqət mərkəzindədir..

Bəs görəsən III futbol liqasında yarışan klub buna necə nail olub?

Düşünə bilərsiniz ki, komanda böyük uğurlar qazanıb. Amma bu heç də belə deyil.....

Belə ki, klubun 11 oyunçusu donuz qripinə tutulub.

Bəs görəsən xəstəlik oyunçulara necə keçib? Klubun 2 oyunçusu Qazi Universitetinin komandası ilə Bolqarıstanın Varna şəhərində keçirilən Avroliqa oyunlarına gedib. Səfərə sağlam getsələr də, xəstə qayıdıblar. Xəstəlik sürətlə yayılaraq bütün oyunçulara keçib.

11 futbolçunun qızdırma, öskürək, boğaz ağrısı və üşüməkdən şikayət etmələrindən sonra araşdırmalar aparılıb. Və məlum olub ki, onlar donuz qripi virusuna yoluxub. Həmin oyunçular dərhal xəstəxanaya aparılıb. 4 futbolçu isə ev şəraitində müalicə alır. Onların küçəyə çıxmasın aqadağa qoyulub.

Hadisədən sonra Qazi Universitetinin bütün oyunçularının yoxlanılması tələb olunub. Komandanın növbəti oyunları isə təxirə salınıb. Xəstəliyə yoluxan futbolçuların oyunlarda iştirakı sual altındadır. Hər şey onların səhhətindən asılıdır.