www.nice.az > Xəbərlər > Dünyanın ən yaşlı qadını öldü

Dünyanın ən yaşlı qadını öldü


23 iyun 2011. Müəllif: fidaska
Dünyanın ən yaşlı qadını öldü

Dünyanın ən qoca qadını olduğu rəsmi olaraq təsdiqlənən 114 yaşlı Mariya Qomes Valentim vəfat edib. “Cinnes” rekordlar kitabının internet saytında yayılan məlumata görə, 114 yaşında və 347 günlük braziliyalı qadının ölümü ilə bu yeri 114 yaşında və 299 günlük olan amerikalı amerikalı Bessi Kuper tutub.

Qeyd edək ki, 9 iyul 1896-cı ildə Minas Cetays əyalətində dünyaya gələn Mariya Qomes Valentim ölənə qədər burda yaşayıb. 1913-cü ildə ərə gedən mərhum rekordçunun 1 oğlu, 4 nəvəsi, 7 nəticəsi və 5 kötükcəsi var.