www.nice.az > Xəbərlər > Günün tarixi [21.o6.11]

Günün tarixi [21.o6.11]


21 iyun 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [21.o6.11]

21 iyun. İlin sonuna 193 gün qalır.

1037-ci il - Böyük alim İbn Sina anadan olub

1527-ci il - İtalyan siyasi xadimi Nikollo Makiavelli anadan olub

1633-cü il - İnkvizisiya məhkəməsi Qalileyi həbs etdirib

1908-ci il - Seçki hüququ tələb edən 200 000 qadın Londonda nümayişə çıxıb

1905-ci il - Fransız filosof Jan Pol Sartr anadan olub

1909-cu il - İlk rus avtomobili “Russo Balt” zavoddan çıxıb

1910-cu il - Rus şairi Aleksandr Tvardovski anadan olub

1918-ci il - ADR hökumətinin qərarı ilə türk ordusunun saxlanması üzrə bütün xərclər yerli əhalinin üzərinə qoyulub

1929-cu il - SSRİ Xalq Komissarları Soveti “Kolxoz quruluşunu möhkəmləndirmək tədbirləri haqqında” dekret verib

1947-ci il - Azərbaycan əsilli hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin Ebadi anadan olub

1953-cü il - Pakistanın keçmiş baş naziri Benazir Buhutto anadan olub

1956-cı il - Nüvə başlıqlı ilk raketlər Sovet ordusunun arsenalına qəbul edilib

1988-ci il - DQMV Xalq deputatlarının sessiyasında vilayətin Ermənistan SSR-ə birləşdirilməsi haqqında qanunazidd qərar qəbul edilib

1990-cı il - İranda zəlzələ 35 000-dən çox insanın həyatına son qoyub

1991-ci il - General Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib (ölümündən sonra)

1992-ci il - Azərbaycan BMT-nin “Uşaq hüquqları Konvensiyası”na qoşulub

2009-cu il - Yaponiyadan səfərdən qayıdan Elmar Məmmədyarov yolüstü İstanbulda Əhməd Davudoğlu ilə görüşüb.