www.nice.az > Xəbərlər > Ali məktəbə hazirlaşan yeniyetmenin faciyəvi ölümü

Ali məktəbə hazirlaşan yeniyetmenin faciyəvi ölümü


9 iyun 2011. Müəllif: hebibi_p
Ali məktəbə hazirlaşan yeniyetmenin faciyəvi ölümü

17 yaşlı oğlanı maşınla vuran şəxs aradan çıxıb

İyunun 8-də Balakən rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Rayon polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Balakən şəhər sakini,
1973-cü il təvəllüdlü Sərəmanov Akif Harun oğlu idarə etdiyi 20 BC 637 nömrəli
“VAZ 2107” ilə Qullar kənd sakini, 1994-cü il təvəllüdlü Doldolov Samir Kamil

oğlunu vurub. Yaxınlıqdakı şəxslər tərəfindən xəstəxanaya aparılan 17 yaşlı piyada yolda ölüb.

Qəzanı törədən sürücü isə hadisə yerindən qaçıb.

Qeyd edək ki, qəza nəticəsində ölən yeniyetmə bir neçə gün əvvəl
10-cu sinfi bitirib və ali məktəbə hazırlıq üçün rayon mərkəzinə gedib-gəlirmiş.