www.nice.az > Xəbərlər > Azərbaycanda internet tarifləri yenidən endirilib
Azərbaycanda internet tarifləri yenidən endirilib1 sentyabr 2009. Müəllif: saki_18 |
![]() Bakı. Aynur Vəliyeva – APA-ECONOMICS. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnternet üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib. «APA-ECONOMICS»in məlumatına görə, iclasda ölkədə mövcud internet tariflərinin sentyabrın 1-dən etibarən orta hesabla 130 manatdan 60 manatadək endirilməsi qərara alınıb. Bununla yanaşı, iclasda ölkənin aparıcı internet provayderi olan «Delta Telecom» şirkəti sabahdan oktyabrın 1-dək 1 MBt/saniyə sürəti üçün tarifin 275 manatdan 110 manatadək endirilməsinə dair qərar qəbul olunub. Qeyd edək ki, nəticədə, internet xidmətləri bazarında fəaliyyət göstərən digər provayderlərin də öz növbələrində xidmətlərin maya dəyərinin aşağı düşməsini nəzərə alaraq, mövcud tariflərini endirəcəyi gözlənilir. Beləliklə, genişzolaqlı internet xidmətləri bazarının daha intensiv inkişaf etməsinə imkan yaradılacaq və istifadəçilər keyfiyyət və sürət baxımından müasir internet xidmətlərindən daha sərfəli qiymətlərlə istifadə etmək imkanı əldə edəcəklər. |