www.nice.az > Xəbərlər > İki gun sonra Tarkan həbs oluna bilər

İki gun sonra Tarkan həbs oluna bilər


9 iyun 2011. Müəllif: persiangirl
İki gun  sonra Tarkan həbs oluna bilər


İki gun sonra Tarkan həbs oluna bilər.

Meqa star Tarkan Tevetoğlu və daha 17 nəfərin narkotik maddələrdən istifadə, saxlama, satışı və satışda vasitəçilik etmə maddələri ilə ilk məhkəmə dinləməsi bu həftənin cümə axşamı baş tutacaq.

“İstanbul 3. Ağır Ceza Mahkemesi”nin Tarkana göndərdiyi çağırış vərəqəsində prosesə gəlmədiyi təqdirdə zorla gətirilmə qərarının çıxarılacağı bildirilmişdir.

Tarkanın vəkilləri meqa star haqda sadəcə narkotik maddələrdən istifadə səbəbindən iddia hazırlandığını, bu səbəbdən də ittihamın bölünərək bu hissəsinin Sülh Cəza Məhkəməsinə göndərilməsi tələbi ilə çıxış etmişdilər.

Lakin məhkəmə bu tələbi rədd etmişdi.

Xatırladaq ki, evində narkotik maddə tapılan müğənni Tarkan barəsində ilk prosesə “Özel Yetkili İstanbul Cumhuriyet Başsavcılığı” baxmışdı. Bu qərarla 17 günahlandırılan şəxs haqda iddia qaldırılmışdı.

“İstanbul 3. Ağır Ceza Mahkemesi” bunu onun yuridiksiyasında olmadığını bəyan edərək işi “Özel Yetkili İstanbul Ağır Ceza Mahkemesi”nə göndərmişdi. Işi nəzərdən keçirən “İstanbul 11. Ağır Ceza Mahkemesi” də bu işə baxmaq səlahiyyeti olmadığını bildirmişdi. Məhkəmələr arasındakı bu problem həll olunduqdan sonra iş yuxarı instansiyaya ∓ “Yargıtay” məhkəməsinə göndərilib.

“Yargıtay 5. Ceza Dairesi” 9 ay sonra prosesin “İstanbul 3. Ağır Ceza Mahkemesiв€™ndə aparılmasına qərar vermişdi.

Məhkəmə Tarkanı narkotik maddələrin alışı, qəbulu və saxlanılmasında ittiham edərək, 2 il həbs olunmasını istəyir.