www.nice.az > Xəbərlər > Bakıda 6 yaşlı qız uşağına qarşı inanılmaz cinayət törədildi

Bakıda 6 yaşlı qız uşağına qarşı inanılmaz cinayət törədildi


8 iyun 2011. Müəllif: hebibi_p
Bakıda 6 yaşlı qız uşağına qarşı inanılmaz cinayət törədildi

Bakının Xətai rayonunda nənə evinə qonaq gələn uşağa qarşı insanlığa sığmayan
cinayət törədildi. Hadisə Sarayeva 12 ünvanında törədilib.

Zaqatala sakini Təranə Aslanova Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə
müraciət edərək bildirib ki, günorta saatlarında naməlum şəxs onun azyaşlı qızına
qarşı çirkin əməl törədib. Ucaboy görkəmli şəxs onun 6 yaşlı qızı Aysu Şahsuvarova
liftə minərkən onun üstünə cumub. Qızın qulağındakı sırğaları qoparıb, sonra isə onun
üzərində təhqiramiz hərəkətlər edib. Uşağın səs-küy
salmasından sonra həmin şəxs ələ keçəcəyindən qorxaraq hadisə yerindən qaçıb.
Azyaşlı qız anası ilə Zaqataladan nənəsi evinə qonaq gəlibmiş.
Faktla bağlı araşdırma aparılır. Hələlik saxlanılan yoxdur
.