www.nice.az > Xəbərlər > “Eurovision 2012”nin gözqamaşdırıcı binası

“Eurovision 2012”nin gözqamaşdırıcı binası


7 iyun 2011. Müəllif: angel_org
“Eurovision 2012”nin gözqamaşdırıcı binası

İdeyaya görə - kürə şəkilli, tamamilə şüşədən tikilmiş bina düz Xəzər dənizinin içində, hər tərəfi su ilə əhatə olunmuş formada olacaq. Təşkilat komitəsinə yaxın olan şəxslərdən birinin sözlərinə görə:

“Nəzərdən keçirilən layihədə tamaşaçılar səhnə ətrafı boyunca dairə şəklində, tv yayımı isə 360 dərəcəni əhatə edə biləcək bir formada reallaşacaq. Bu isə tamaşaçılarda səhnədə baş verən hadisələrdə iştirak edirmiş kimi bir təəssürat yaradacaq”.

Həmin bina modelinin şəklini təqdim edirik.

Xatırladaq ki, 57-ci “Eurovision” müsabiqəsi 2012-ci ilin may ayında ∓ yarımfinallar ayın 22-si və 24-ü, final günü isə 26-sı Bakıda keçiriləcək. Müsabiqəni keçirəcək təşkilat komitəsinin rəhbəri isə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təyin olunub....