www.nice.az > Xəbərlər > Günün tarixi [o4.o6.11]
Günün tarixi [o4.o6.11]4 iyun 2011. Müəllif: GHoSTMaN |
![]() 4 iyun. İlin sonuna 210 gün qalır. 1800-cü il - Vaşinqtonda Ağ Evin tikintisi başa çatıb. Prezident Con Adams ailəsi ilə birgə ora köçüb 1878-ci il - Osmanlı imperiyası Kiprin idarəçiliyini ingilislərə verib 1916-cı il - Birinci dünya müharibəsi. General Brusilovun komandanlıq etdiyi rus ordusu əks həmləyə keçib. Bu hadisəyə “Brusilov hücumu†adı verilib 1918-ci il - Batumda Azərbaycan Demokratik Respublikası ilə Osmanlı İmperiyası arasında dostluq haqqında müqavilə imzalanıb. Bu ADR-in xarici dövlətlə bağladığı ilk müqavilə idi 1926-cı il - Müğənni Fatma Mehrəliyeva anadan olub 1929-cu il - Kamança ustası Elman Bədəlov anadan olub 1930-cu il - AKP-nin X qurultayı başa çatıb 1944-cü il - İkinci dünya müharibəsi: Müttəfiq qoşunları Romaya daxil olub 1959-cu il - Kuba ABŞ-a məxsus şəkər fabrikləri və plantasiyalarını milliləşdirib 1982-ci il - İsrail qoşunu Livana soxulub 1989-cu il - Ufa yaxınlığında keçmiş SSRİ tarixində ən ağır dəmir yol qəzası baş verib. Dəmir yol xətti yaxınlığından keçən neft kəmərinin partlaması nəticəsində 575 nəfər həlak olub, 600 nəfər xəsarət alıb 1993-cü il - Surət Hüseynovun rəhbərliyi ilə Gəncə hadisələri baş verib 2009-cu il - “Barmekâ€in keçmiş rəhbəri Hüseyn Arabul Azərbaycandan Gürcüstana qaçmaq istəyərkən yaxalanıb. |