www.nice.az > Xəbərlər > 39 ildə 25 min hamburger yeyən adam

39 ildə 25 min hamburger yeyən adam


3 iyun 2011. Müəllif: hebibi_p
39 ildə 25 min hamburger yeyən adam

ABŞ vətəndaşı Ginnesin Dünya Rekordları Kitabına düşüb
Amerika Birləşmiş Ştatlarında McDonalds-da həyatı boyu 25.000 "Big Mac" hamburgeri yeyən adam öz şəxsi rekordunu təzələyib.
McDonalds-ın ən sadiq müştərisi olan Don Qorske doğma şəhəri olan Fond-du-Lakda 25.000-ci hamburgerini yedikdən sonra mükafatlandırılıb. Aldığı bütün hamburgerlərinin qəbzini saxlayan və ölənə kimi "Big Mac" hamburgeri yeyəcəyini deyən Qorske, gün ərzində çox vaxt 2 hamburger yeyir. Son 39 il ərzində "Big Mac"sız keçən günlərinin sayı isə 8-dir.

Xarici görünüşcə hamburger həvəskarına heç də bənzəməyən Don Qorske, bunu mütəmadi olaraq idmanla məşğul olması ilə izah edir.