www.nice.az > Xəbərlər > 90 uşaq atası 18-ci dəfə evlənir
90 uşaq atası 18-ci dəfə evlənir2 iyun 2011. Müəllif: hebibi_p |
![]() Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 63 yaşlı ən çoxuşaqlı sakini Daad Mühəmməd Al Baluşi qarşısına minimum 100 uşağın atası olmaq məqsədini qoyub. İndiyədək Al Baluşinin 17 qanuni arvadından dünyaya 60 oğlan və 30 qız gəlmişdir. Onun 50 nəvəsi vardır və iki həftədən sonra 18-ci dəfə evlənəcək. Birləşmiş Ərəb Əmirliklərinin bu yorulmaz sakini daim boşanmalar və nikahlar prosesindədir, Filippindən tutmuş Mərakeşə qədər dünyanın demək olar ki, hər yerindən özünə arvad seçir. Həm də Al Baluşi gəlinlərin həyatında mütləq ilk kişi olmalıdır. Yerli kütləvi informasiya vasitələri xəbər verirlər ki, Al Baluşi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti şeyx Xəlifə ben Zaid Al Naxayyana və Acman knyazlığının hakimi şeyx Hümeid bin Al Nuaimiyə söz vermişdir ki, “Allahın onun üçün ayırdığı günlərin axırına qədər 100 uşağın atası olacaqâ€. |