www.nice.az > Xəbərlər > Günün tarixi [o1.o6.11]

Günün tarixi [o1.o6.11]


1 iyun 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [o1.o6.11]

1 iyun. İlin sonuna 213 gün qalır.

1453-cü il - Ayasofiyada ilk dəfə namaz qılınıb

1862-ci il - ABŞ-ın bütün ərazisində köləlik ləğv edilib

1911-ci il - Türk hərbi hava qüvvələri yaradılıb (Kıtaat-ı Fenniye və Mevaki-i Müstahkame)

1922-ci il - SSRİ-də ilk beynəlxalq aviareys (Moskva-Köniqsberq) açılıb

1936-cı il - Moskva-Vladivostok aviareysi açılıb. Həmin dövrdə təyyarələr bu marşrutu fasilələrlə 4 sutkaya qət edirdilər

1940-cı il - Azərbaycan Respublikası baş nazirinin müavini Abid Şərifov anadan olub

1947-ci il - Aktyor Ziyadxan Cəbrayılov anadan olub

1965-ci il - Yaponiyada mədən qəzası 237 nəfərin həyatına son qoyub

1973-cü il - Hərbi xunta Yunanıstanda respublika rejimini elan edib

1980-ci il - CNN yayına başlayıb

1992-ci il - Azərbaycan Respublikası Lüksemburq ilə diplomatik əlaqələr qurub

2002-ci il - Azərbaycan və İtaliya arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

2004-cü il - Azərbaycan Qırğızıstan arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş imzalanıb

2009-cu il - Rio de Janeyro ∓ Paris reysini həyata keçirən təyyarənin dənizə düşməsi nəticəsində 228 nəfər həlak olub

2009-cu il - İki erməni əsgəri Goranboy rayon ərazisində cəbhə xəttini keçərək Azərbaycan ordusuna təslim olub

2009-cu il - Bakıda “16-cı beynəlxalq Xəzər neft və qaz konfransı” işə başlayıb.