www.nice.az > Xəbərlər > "Eurovision 2012"

"Eurovision 2012"


25 may 2011. Müəllif: GATTAKA
"Eurovision 2012"

Prezident İlham Əliyev "Eurovision - 2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb. Sərıncama əsasən, müsabiqənin keçirilməsi üçün təşkilat komitəsi yaradılıb. Bu komitəyə bir sıra dövlət qurumlarının rəhbərləri daxildir.

Təşkilat Komitəsinin sədri YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır.

Təşkilat Komitəsinin üzvləri:

Elmar Məmmədyarov -Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri

Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri

Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Cahangir Əsgərov - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Etibar Pirverdiyev - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Baba Rzayev - "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin sədri

İsmayıl Ömərov - Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinin
baş direktoru

Əli Əsədov - Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi

Fatma Abdullazadə - Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Təşkilat Komitəsinə "Eurovision- 2012" mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.