www.nice.az > Xəbərlər > "Son zəng"

"Son zəng"


24 may 2011. Müəllif: NiXaTo
"Son zəng"

Artıq tədris ili yekunlaşmaq üzrədir. Milli.Az xəbər portalının məlumatına görə, təxminən bir həftədən sonra daha bir tədris ilinə yekun vurulacaq. Orta məktəb məzunları 11 illik tədris müddətini başa çatdırıb ilk təhsil ocağından ayrılacaqlar. Hər kəsin yaddaşında silinməz iz qoyan “Son zəng” mərasimi nə vaxt keçiriləcək? Mərasim əvvəlkilərdən hansı formada, nə kimi məhdudiyyətlərlə və icazələrlə baş tutacaq?

Təhsil Nazirliyiin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə Milli.Az xəbər portalına açıqalamsında “Son zəng” mərasimi keçirilsə də, müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, "son zəng" mərasimi ötənilki qaydada, yalnız məktəbin ərazisində keçiriləcək.

Nazirlik rəsmisi qeyd etdi ki, builki buraxılış gününün vaxtı da dəqiqləmşib, məktəb məzunlarının “Son zəng” marəsimi mayın 31-də baş tutacaq: “Məsələ ilə əlaqədar təhsil naziri Misir Mərdanov müvafiq əmr imzalamalıdır. Tədbirin hansı formada keçirilməsi bundan sonra məlum olacaq. Həmin əmrə əsasən, bütün məktəb rəhbərliklərinə tapşırıqlar veriləcək. Məktəb direktorlarına tapşırıq veriləcək ki, “Son zəng” marasimi 31 mayda məktəbin ərazisində, 3 saat müddətində keçrilsin. Həm də tədbirlər yüksək təhlükəsizlik tədbirlərinə riayət etmək şərti ilə təşkil olunsun. Həmin tədbirdə bütün təhlükəsizlik qaydalarına riayət olunmalıdır”.

B.Hüseynzadə məktəblilərin “son zəng” mərasiminin məktəbdən kənarda keçirmək istəyənlərə də fikrini çatdırdı: “Məktəb tədbiri elə məktəb daxilidndə keçirilməlidir. Təhsil Nazirliyinin də mövqeyi odur ki, “son zəng” tədbiri məktəbdə qeyd olunsun. Tədbirin bulvarda və ya restoranda davam etdirilməsi onların öz işləridir. Bundan sonrakı işləri hüquq-mühafizə orqanlarınındır.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov Milli.Az xəbər portalına bildiridi ki, “son zəng”in keçrilməsi ilə bağlı idarəyə rəsmi göstəriş daxil olmayıb: "Təhsil Nazirliyindən rəsmi qərar olduqdan sonra “son zəng”lə başlı görüləcək tədbirlər barədə məlumat verilə bilər. Hələlik isə belə bir rəsmi sənəd yoxdur”.