www.nice.az > Xəbərlər > Azərbaycanın "Eurovision"dakı bayraq jestinə türk serialından cavab
Azərbaycanın "Eurovision"dakı bayraq jestinə türk serialından cavab26 may 2011. Müəllif: persiangirl |
“Yaxşı Cazibə" serialında Azərbaycanın 1,5 metrlik bayrağı dalğalandırılacaq Azərbaycanın “Eurovision-2011†təmsilçilərindən biri Nigar Camalın qalibiyyətdən sonra, səhnəyə əlində Türkiyə bayrağı ilə çıxması jestinə, Türkiyənin ATV kanalında yayımlanan “Yaxşı Cazibə" serialının yaradıcı heyəti də biganə qalmayıb. Türkiyədə yaşayan azərbaycanlı aktrisa, sözügedən serialın Azərbaycan dili üzrə redaktoru Məlahət Abbasovanın APA-ya verdiyi məlumata görə, Nigarın Türkiyə bayrağını dalğalandırmasından sonra, serialın yaradıcı heyəti ssenaridə dəyişiklik etməyə qərar verib. Belə ki, ssenari növbəti - 45-ci bölümdə serialın qəhrəmanlarından biri Kamal digər iştirakçılarla birgə "Eurovision" qələbəsini birlikdə böyük sevinclə qeyd edəcək və Azərbaycanın 1,5 metrlik bayrağını dalğalandıracaqlar. M. Abbasova bildirib ki, filmin yaradıcı heyəti Azərbaycan bayrağı əldə etmək üçün Azərbaycanın İstanbuldakı baş konsulluğuna müraciət edib. Konsulluq onların istəyini artıq təmin edib. |