www.nice.az > Xəbərlər > Azərbaycanda “Eurovision-2012â€
Azərbaycanda “Eurovision-2012â€19 may 2011. Müəllif: NiXaTo |
![]() Azərbaycanda “Eurovision-2012†müsabiqəsinin keçirilməsi üçün təxmini yerlər müəyyənləşdirilib. “Eurovision-2012†müsabiqəsinin keçirilməsi ilə bağlı 3 variant müzakirə edilir. İlk növbədə gündəmdə Heydər Əliyev adına İdman-Konsert kompleksidir. Orada təmir işləri aparılıb - 7800 oturacağı var, parterdə 1000-ə yaxın oturacaq artırmaq olarâ€. Trend-in məlumatına görə, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib. O, bildirib ki, müsabiqəni Tofiq Bəhramov adına Respublika Stadionunda da keçirmək olar: “Stadionun damını bağlamaqla və müəyyən təmir işləri həyata keçirməklə burada da müsabiqə keçirilməsi mümkündürâ€. Nazirin sözlərinə görə, ən əsas və ən maraqlı layihə odur ki, Bakının hər hansı gözəl yerində, Dənizkənarı Parkda, Bayraq Meydanında yeni böyük konsert kompleksi tikilsin. “Əgər modul sistemlə tikilsə, bu kompleksi tikintisinin müsabiqəyə qədər başa çatdırmaq olarâ€, - Rəhimov əlavə edib. |