www.nice.az > Xəbərlər > Ermənilərdən ilkin qərar: “Bakıda biz olmayacağıq” !

Ermənilərdən ilkin qərar: “Bakıda biz olmayacağıq” !


16 may 2011. Müəllif: hebibi_p
Ermənilərdən ilkin qərar: “Bakıda biz olmayacağıq” !

Ermənistan ilkin olaraq 2012-ci ildə Bakıda keçiriləcək “Eurovision-2012” yarışmasından imtina edib.

“Wikipedia”da yarışmanın səhifəsinə istinadən xəbər verir ki, Bakıda keçiriləcək yarışmada iştirakını artıq Avstriya, Belçika, Almaniya, Niderland, Finlandiya, İsveçrə təsdiq ediblər.

Ermənistan isə 2011-ci il yarışmasında onlara qarşı bəlli olmayan ədalətsizliyi bəhanə gətirərək Bakıda yarışdan ilkin olaraq imtina ediblər. Qeyd edək ki, bu ilkin qərardır və Ermənistanın qərarı dəyişmək üçün kifayət qədər vaxtı var.

Yarımfinal müsabiqələri Bakıda 22 və 24 mayda keçiriləcəkdir. Final isə 26 may tarixinə təyin edilib.