www.nice.az > Xəbərlər > Günün tarixi [13.o5.11]

Günün tarixi [13.o5.11]


13 may 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [13.o5.11]

13 may. İlin sonuna 232 gün qalır.

1501-ci il - Portuqaliya hökuməti Ameriqo Vespuççiyə yeni ərazilər tapmaq missiyasını həvalə edib

1647-ci il - Zəlzələ nəticəsində Santyaqo şəhəri yerlə yeksan olub

1895-ci il - Çili Futbol federasiyası təsis edilib

1895-ci il - Serb əsilli amerikan fizik Nikola Teslanın laboratoriyasında yanğın zamanı onun bütün patentləşdirilməyən ixtiralarını məhv olub. ABŞ məhkəməsi 1943-cü ildə radionun ixtirası hüququnun Teslaya aid olması barədə qərar çıxarıb

1895-ci il - “Naqan” sistemli tapança rus ordusunun arsenalına qəbul edilib

1917-ci il - Portuqaliyanın Fatimə qəsəbəsində Müqəddəs Məryəm 3 uşağın gözünə görünüb. Hadisənin arxasındakı sirr pərdəsi bu gün də tam çözülməyib

1919-cu il - Bakı Fəhlə Konfransının təşkil etdiyi tətil başa çatıb

1920-ci il - Sovet Rusiyası və Gürcüstan arasında sülh müqaviləsi bağlanıb. Gürcüstanın sovet Azərbaycanına hərbi təcavüzünə son qoyulub.

1920-ci il - Zaqafqaziya Kommunist təşkilatlarının 3-cü qurultayı başlayıb. Qurultay 15 mayda başa çatıb

1921-ci il - Keçmiş SSRİ-də istirahət evlərinin yaradılması barədə qərar verilib

1929-cu il - Şair tərcüməçi Hikmət Ziya anadan olub

1943-cü il - Yazıçı Elçin Əfəndiyev anadan olub

1950-ci il - İngiltərənin Silverstoun şəhərində ilk “Formula 1” yarışı keçirilib. Yarışın qalibi “Alfa Romeo” pilotu Cüzeppe Farina olub

1976-cı il - Pol Pot Kambocanın baş naziri seçilib

1981-ci il - Mehmet Ali Ağca Roma papası 2-ci İohan Pavelə uğursuz sui-qəsd edib

1982-ci il - Bəstəkar Qara Qarayev Moskvada vəfat edib

1986-cı il - Müğənni Aleksandr Rıbak anadan olub

1992-ci il - Ukrayna Ali Radası Krımın müstəqillik haqqında bəyannaməsini ləğv edib

1997-ci il - Türkiyə Daxili işlər nazirliyi mərhum jurnalist Uğur Mumçunun ailəsinə 9,5 milyard lirə (köhnə pulla) təzminat ödəyib

2005-ci il - Özbəkistan: Yüzlərlə insan terrorizmdə ittiham edilərək həbs olunanları azad etmək üçün Əndican həbsxanasına hücum edib. Qırmızı xaçın hesabatına görə iğtişaşlar zamanı minədək insan öldürülüb. Lakin hökumət mənbələri cəmi 187 nəfərin öldürüldüyünü etiraf edib. Tutulan şəxslərin “məhkəmə tamaşası”ndan sonra Avropa birliyi 2005-ci ildə Özbəkistana silah satışına qadağa qoyub

2009-cu il - Türkiyənin baş naziri Ərdoğan Azərbaycan parlamentində tarixi çıxış edib. O, Qarabağ məsələsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağını bəyan edib.