www.nice.az > Xəbərlər > Şok hadisə..
Şok hadisə..27 avqust 2009. Müəllif: M1rZ3 |
![]() Bakının Qaradağ rayonunda dəhşətli hadisənin üstü açılıb. Rayon Prokurorluğundan verilən məlumata görə, 294 saylı məktəbin müəllimi Yusibov Şahin Fəriş oğlu həmin məktəbin qız şagirdlərindən biri ilə cinsi əlaqədə olduğuna görə həbs edilib. 1959-cu ildə Laçın rayonunda anadan olmuş Ş.Yusibova qarşı Cinayət Məcəlləsinin 149.3.3-cü (Zorlama - təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsilə cinayət işi açılıb. 14 yaşlı şagird məktəbin 8-ci sinfində oxuyur. Ən dəhşətlisi isə odur ki, müəllimin şagirdi ilə bu münasibəti bir neçə il əvvəldən başlayıbmış. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının geniş açıqlama yayacağı gözlənilir. P.S. Fikirlərinizi Yazmağı Unutmayın.. |