www.nice.az > Xəbərlər > Azərbaycan Finaldadır!

Azərbaycan Finaldadır!


11 may 2011. Müəllif: NiXaTo

Bugün Düsseldorfda 2011-ci il Eurovision mahnı müsabiqəsinin çoxdan gözlənilən birinci yarı-finalı baş tutdu. Avropanın əsas mahnı müsabiqəsində Azərbaycanı "Running Scared" mahnısı ilə təmsil edən Eldar və Nigar 18-ci nömrə altında çıxış etdilər. Bukmekerlər duetin şansını yüksək qiymətləndirirdilər və yanılmadılar. Azərbaycandan olan iştirakçılar tərəfindən təqdim edilən qar-bəyaz şouya biganə qalan olmadı. Düsseldorf Arenanın səhnəsində, düz üç dəqiqə ərzində sevginin, zəriflik və istedadın harmoniyası hökm sürdü. Uşaqlar onların qarşısında qoyulan vəzifənin öhdəsindən şərəflə gəldilər və indi biz səbirsizliklə mayın 14-də baş tutacaq finalı gözləyirik.

Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.