www.nice.az > Xəbərlər > Günün tarixi [1o.o5.11]

Günün tarixi [1o.o5.11]


10 may 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [1o.o5.11]

10 may. İlin sonuna 235 gün qalır.

1811-ci il - İngiltərədə kağız pullar dövriyyəyə buraxılıb

1871-ci il - Frankfurt sazişi ilə Almaniya və Fransa arasında müharibəyə son qoyulub

1876-cı il - Osmanlı dövlətində mətbuata senzura tətbiq edilib

1877-ci il - Rumıniya müstəqilliyini elan edib

1879-cu il - ADR-in ilk müdafiə naziri Xosrov bəy Sultanov anadan olub

1920-ci il - Azərbaycan İnqilab Komitəsi köhnə məktəblərin yeni sovet politexnik məktəbləri ilə əvəzlənməsi barədə dekret verib

1923-cü il - Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyev anadan olub

1923-cü il - Qafqazda ilk aviaşirkət ∓ “Zakavia SC” təsis edilib

1957-ci il - Aktrisa Həmidə Ömərova anadan olub

1973-cü il - Futbolçu Mahmud Qurbanov anadan olub

1993-cü il - Qırğızıstan milli valyutası ∓ som dövriyyəyə buraxılıb

2001-ci il - Bakinternet dövlət şirkəti fəaliyyətə başlayıb

2003-cü il - Heydər Əliyev Rusiyanın ali mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif edilib

2009-cu il - Moskvada “Eurovision 2009” yarışmasının təntənəli açılış mərasimi keçirilib.