www.nice.az > Xəbərlər > Günün tarixi [o8.o5.11]

Günün tarixi [o8.o5.11]


8 may 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [o8.o5.11]

8 may. İlin sonuna 237 gün qalır.

1713-cü il - Rusiyanın paytaxtı Moskvadan Peterburqa köçürülüb

1794-cü il - Korrupsiyada ittiham edilən Fransız kimyaçı Antuan Lavuazye gilyotinlə edam edilib

1828-ci il - “Qırmızı Xaç”ın təsisçisi isveçrəli Anri Jan Dünan anadan olub

1884-cü il - ABŞ-ın 33-cü prezidenti Harri Trumen anadan olub

1912-ci il - Tanınmış ədəbiyyatçı Mirzə Abdulla Məhəmmədzadə (Abdulla Sur) Tiflisdə vəfat edib

1917-ci il - Moskvada Ümumrusiya müsəlmanlarının I qurultayı başa çatıb

1921-ci il - I Ümumazərbaycan sovetlər qurultayında N. Nərimanov sovet hakimiyyətinin ilk faciəli günlərini xarakterizə edib: “Bu yerdə Rusiya şablonu ilə yenidənqurma başlayır”

1945-ci il - Berlində Almaniyanın qeyd-şərtsiz təslim olması barədə akt imzalanıb. Aktı SSRİ tərəfdən marşal Jukov, Almaniya tərəfdən marşal Tedder imzalayıb

1960-cı il - SSRİ və Kuba arasında diplomatik əlaqələr qurulub

1961-ci il - Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty International) qurulub

1983-cü il - Lənkəran şəhərində general Həzi Aslanovun heykəli ucaldılıb

1984-cü il - SSRİ Los-Ancelesdə keçiriləcək Olimpiya oyunlarında iştirakdan imtina edib

1992-ci il - Azərbaycan Respublikası İsveç və İtaliya ilə diplomatik əlaqələr qurub

1992-ci il - Ermənilər Şuşa şəhərini işğal edib. Bununla da Dağlıq Qarabağın işğalı başa çatıb

1994-cü il - Ermənistan ∓ Azərbaycan cəbhəsində əməliyyatın dayandırılması haqqında Bişkek protokolu Azərbaycan tərəfindən imzalanıb...