www.nice.az > Xəbərlər > Günün tarixi [o7.o5.11]
Günün tarixi [o7.o5.11]7 may 2011. Müəllif: GHoSTMaN |
![]() 7 may. İlin sonuna 238 gün qalır. 1610-cu il - İtalyan alim Qalileo Qaliley Yupiterin 3 peykini aşkar edib 1785-ci il - Fransız Jan Blanşar və ingilis Con Cefri ilk dəfə hava şarında La Manş boğazını keçib 1832-ci il - Yunanıstan müstəqilliyini elan edib 1840-cı il - Rus bəstəkar Pyotr Çaykovski anadan olub 1915-ci il - Alman sualtı qayığı İngiltərəyə məxsus “Luzitaniya†gəmisini batırıb. Təqribən 1200 nəfərin ölümünə səbəb olan bu hadisə həm də ciddi diplomatik böhrana yol açıb 1920-ci il - Azərbaycan İnqilab komitəsi Azərbaycan SSR-in Qızıl Ordu və Qızıl Donanmasının təşkili haqqında dekret verib 1926-cı il - Rəssam Cəbrayıl Əzimov anadan olub 1992-ci il - Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq, əməkdaşlıq, mehriban qonşuluq barədə saziş imzalanıb 1995-ci il - Azərbaycan və Gürcüstan arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizədə əməkdaşlıq haqqında Saziş imzalanıb 1996-cı il - Qahirədə Azərbaycanla Misir arasında təhlükəsizlik və əməkdaşlığa dair saziş imzalanıb 2000-ci il - Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib 2003-cü il - 100 ildə bir təkrarlanan nadir astroloji hadisə baş verib: Merkuri Yerlə Günəşin arasından keçib 2008-ci il - Rusiyanın hazırkı prezidenti Medvedevin andiçmə mərasimi keçirilib. |