www.nice.az > Xəbərlər > Emin Ağalarovun klipini Fil Qriffin çəkəcək - FOTOLENT
Emin Ağalarovun klipini Fil Qriffin çəkəcək - FOTOLENT6 may 2011. Müəllif: EMERALD |
![]() Məşhur biznesmen və müğənni Emin Ağalarovun “Falling†və “Any Time You Fall†kliplərini dünya şöhrətli rejissor Fil Qriffin ekranlaşdırır. Klip Moskvada, insan izdihamının, maşın və videokameraların müşayiət etdiyi küçədə çəkilib. Bir çox dünya şöhrətli ulduzların kliplərini ekranlaşdıran Fil artıq ulduzlar haqqında sənədli film çəkməyə üstünlük verdiyindən musiqi çarxı çəkmir. O, məhz Emin üçün istisna edib. “Falling†in çəkilişləri bitib, gələn həftə “Any Time You Fall†mahnısı ekranlaşdırılacaq. Daha sonra fotosessiya və Emin haqqında çəkiləcək qısametrajlı sənədli filmin materialı üçün səhnəarxası çəkilişlər var. Qeyd edək ki, müğənni bu günlərdə Böyük Britaniyada “Wonder†albomunun təqdimatını həyata keçirib. Albomun sonqraytinqləri dünyada məşhur olan Pol Berri (Enrike İqlesiasın hitlərinin yarıdan çoxunun müəllifi) və Ueyn Qektordur (məşhur X Factor şousunun müəllifi). Diskə daha öncə Lara Fobian, Enrike İqlesias, Ceyms Morrison və bir çox məşhur ifaçılarla işbirliyi quran Braya Poulinq prodüsserlik edib. “Wonder†müğənninin sayca beşinci albomudur. Əvvəlki beş albom “Still†(2006), “Incredible†(2007), “Obsession†(2008) və “Devotion†(2009) Rusiyada və Azərbaycanda böyük uğur qazanıb. ![]() ![]() |